Ərdoğana qarşı plan deşifrə edildi – Ssenaridə şok


Siyasət 19 Sen 2022 21:03:00 59 0

Ərdoğana qarşı plan deşifrə edildi – Ssenaridə şok

"Türkiyənin israrlı addımlarla "ABŞ-ın onu əmr və təlimatla idarə etməsi dövrü"nü başa vurması ABŞ rəhbərliyini açıq-aşkar təşvişə salıb. İndi onlar tədbir görüb Türkiyəni yenidən öz əllərinə almağa çalışırlar. Plandan plana keçirlər".

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu Kipr Türk Cümhuriyyəti prezidentinin müşaviri, Kipr Universitetinin dekanı professor Ata Atun deyib.

Professor ABŞ Prezidenti Co Bayden 2019-cu ilin dekabrında türk həmkarı Rəcəb Tayyib Ərdoğana yönəlik "çevriliş" hədəsinə də diqqət çəkib:

"Bayden "The Weekly" proqramında bildirdi ki, Türkiyədə müxalifətlə birbaşa əlaqədədirlər: "Ərdoğanı məğlub etmələri üçün onları cəsarətləndirə bilərik. Çevrilişlə yox, seçki ilə".

Görünən budur ki, ABŞ planını həyata keçirmək məqsədilə 2023-cü il iyunun 18-də Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı qollarını çırmalayıb.

1974-cü ildə Kipr Sülh Əməliyyatından sonra ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların baş aktoru Baydenin yolu açmasıyla Konqresin yunan əsilli üzvləri Nikol Malliotakis, Qus Bilirakis və Kris Pappasın fəaliyyətləri onlara görə "meyvə" verməyə başlayıb.

Plan bəllidir:

Türkiyəni ABŞ-ın dəstəklədiyi qonşuları ilə münaqişəyə cəlb etmək;

İqtisadi embarqo ilə türk lirəsini dəyərsiz hala gətirmək və Türkiyə xalqının alıcılıq qabiliyyətini aşağı salmaq, dolanışıqda çətinliklər yaratmaq;

MKİ, FETÖ və "Qladio"nun yatmış hücrələrini oyatmaq və türk xalqını hökumətə qarşı təxribata çəkmək;

ABŞ-yönlü siyasi partiyaları və rəy liderlərini bir çətir altında toplamaq və müxalif hərəkatı başlatmaq;

ABŞ tərəfindən maliyyələşdirilən media qurumlarında hökumətə qarşı intensiv əks-təbliğata başlamaq;

Xalqı hakimiyyətə qarşı etirazlara qaldırmaq və ölkədə xaos yaratmaq;

2023-cü il seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğanın uduzmasını təmin etmək və öz maraqlarına xidmət edəcək siyasətiçini onu yerinə keçirmək.

Bu planın ilk addımı Yunanıstan və Türkiyəni açıq qarşıdurmaya çəkmək, bu da olmasa xalqı yoracaq müharibə ab-havası yaratmaqdır. Yunanıstan işə Türkiyə Silahlı Qüvvələrinin Trakya üzərindən Yunanıstana girməsinin qarşısını almaq üçün ABŞ hərbçilərinin Qərbi Trakyaya yerləşdirilməsi ilə başladı. Yunanıstanı Türkiyəyə qarşı cəsarətləndirən və ona hərbi, iqtisadi və siyasi dəstək verən ABŞ-dır".

İkinci addıma gəldikdə, Ata Atun bildirib ki, bu mərhələdə növbəti gediş Şərqi Aralıq dənizində problem yaratmaq və Türkiyə Silahlı Qüvvələrini öz gücünü regional problemlərlə bölməyə məcbur etməkdir:

"Bu istiqamətdə ABŞ-ın "çirkli pulların yuyulması və narkotik ticarətinə göz yumması" səbəbilə 1987-ci ildən bəri Yunan Kiprinə tətbiq etdiyi silah embarqosu aradan qaldırılıb. Yunan Kipri ABŞ-ın hərbi, iqtisadi və siyasi baxımdan arxasında olacağına zəmanət verərək Türkiyəyə qarşı düşmənçilik etməyə təşviq ediləcək.

Üçüncü addım Cənub-Şərq sərhədlərimizdə PKK-YPG-yə hərbi və iqtisadi dəstək verməklə, Türkiyəyə qarşı hərəkətə keçməyə təşviq etməklə xalqın qəzəbini gücləndirmək olacaq.

Dördüncü addım Ermənistan-Azərbaycan münaqişəsinə başlamaq və ya Ermənistan vasitəsilə Türkiyəyə qarşı vəkalət savaşına başlamaq olacaq.

Onların planına görə, Türkiyə Silahlı Qüvvələri bu üsulla dörd-beş cəbhədə, hüquq-mühafizə qüvvələri isə Türkiyə daxilində hücum və təxribatlarla mübarizə aparmaq məcburiyyətində qalacaq. ABŞ bu prosesdə türk lirəsini mümkün qədər ucuzlaşdırmağa və iqtisadiyyata zərbə vurmağa çalışacaq.

Son addım çox aydın və dəqiqdir: içəridə və xaricdə xaos yaradaraq türk xalqını qəzəbləndirmək, onların problemlər içində boğmaq və prezident seçkilərində ABŞ-ın marionet siyasətçisini prezident seçmək.

Buna bənzər ssenarilərin tətbiqini 1960 və 1980-ci illər hərbi çevrilişlərində də görmüş və yaşamışıq. Amma unutduqları odur ki, Amerikadakı hesablamalar burada tutmur, türk xalqı belə saxta ssenarilərə aldanmır".

Putinin şəkilləri İrəvan küçələrindən like
  • 19 Sen 21:02  
Siyasət Putinin şəkilləri İrəvan küçələrindən

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistanı ziyarət e

arrow Ətraflı
Qaraciyər funksiyasının pozulması əhvalımıza təsir edirmi? like
  • 19 Sen 21:01  
Digərləri Qaraciyər funksiyasının pozulması əhvalımıza təsir edirmi?

Fransızlar bir səbəblə qaraciyəri "əhval-ruhiyyə dəmiri" adlan

arrow Ətraflı
"Məni konslager gözləyir..." like
  • 19 Sen 21:00  
Siyasət "Məni konslager gözləyir..."

Bizim millətin bəzi nümayəndələri ölkədən qaçıb, başqa dövlətlərd

arrow Ətraflı
ABŞdan Bakıya qarşı açıq gediş: like
  • 19 Sen 20:59  
Siyasət ABŞdan Bakıya qarşı açıq gediş:

Xankəndidəki separatçıların qondarma "xarici işlər naziri" Davi

arrow Ətraflı
Bir gündə 4 ölkəyə “daş atdıq?”, qaldı Çin... – like
  • 19 Sen 20:58  
Dünya Bir gündə 4 ölkəyə “daş atdıq?”, qaldı Çin... –

Ermənistanda ötən gün nə baş verdi? ABŞ-ın üçüncü şəxsinin mətbua

arrow Ətraflı
Abidə İnsana çevrilən alim like
  • 19 Sen 20:57  
Digərləri Abidə İnsana çevrilən alim

Görkəmli diplomat, tanınmış alım, poliqlot, intellektual, Fövqəladə və

arrow Ətraflı
Yasa getmək, yoxsa sosial şəbəkədə bəyəni toplamaq sevdası?  FOTO like
  • 19 Sen 20:52  
Şou-biznes Yasa getmək, yoxsa sosial şəbəkədə bəyəni toplamaq sevdası? FOTO

Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında

arrow Ətraflı
LGBTni dəstəklədiyi üçün konserti ləğv olundu like
  • 19 Sen 20:28  
Şou-biznes LGBTni dəstəklədiyi üçün konserti ləğv olundu

Türkiyədə müğənni Aleyna Tilkinin konserti ləğv olunub.

arrow Ətraflı
Uşaq oğurluğunda təqsirləndirilən qadından etiraf: "Atası satıb" like
  • 19 Sen 20:20  
Kriminal Uşaq oğurluğunda təqsirləndirilən qadından etiraf: "Atası satıb"

Bakı Ağır Cinayətlər Məhkəməsində uşaq oğurluğunda təqsirkar bilin

arrow Ətraflı
Göyçayda "06" hasara çırpıldı, 13 yaşlı məktəbli və sürücü öldü  FOTO like
  • 19 Sen 19:58  
Digərləri Göyçayda "06" hasara çırpıldı, 13 yaşlı məktəbli və sürücü öldü FOTO

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

arrow Ətraflı
GTAnın yeni versiyasının görüntüləri yayıldı  VİDEO like
  • 19 Sen 19:56  
Digərləri GTAnın yeni versiyasının görüntüləri yayıldı VİDEO

Yeni "Grand Theft Auto"nun ilkin görüntüləri yayılıb.

arrow Ətraflı
ÜST Azərbaycana ekspert missiyası təşkil etdi  FOTO like
  • 19 Sen 19:52  
Digərləri ÜST Azərbaycana ekspert missiyası təşkil etdi FOTO

Son beş il ərzində səhiyyə sisteminin gücləndirilməsi və universal tibb

arrow Ətraflı
“Prius”lar Abbas Bağırovu da bezdirib like
  • 19 Sen 19:24  
Şou-biznes “Prius”lar Abbas Bağırovu da bezdirib

Əməkdar artist Abbas Bağırov da son günlər sosial mediada trend halını a

arrow Ətraflı
Təkbaşına ermənilərin Fransadakı səfirliyimizə hücumunun qarşısını aldı  VİDEO like
  • 19 Sen 19:16  
Digərləri Təkbaşına ermənilərin Fransadakı səfirliyimizə hücumunun qarşısını aldı VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 18-i ermənilər Azərbaycanın Fransadakı

arrow Ətraflı
Sahibə Qafarova Kraliçanın vida mərasimində iştirak etdi  FOTO like
  • 19 Sen 19:08  
Siyasət Sahibə Qafarova Kraliçanın vida mərasimində iştirak etdi FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya

arrow Ətraflı