"Məni konslager gözləyir..."


Siyasət 19 Sen 2022 21:00:00 110 0

"Məni konslager gözləyir..."

Bizim millətin bəzi nümayəndələri ölkədən qaçıb, başqa dövlətlərdə özlərinə şərait qurub, Kremlə qarşı çıxdıqlarını söyləyib, elə düşünürlər ki, Qərb ilə savaşında Rusiya məğlub olduğu təqdirdə onları gözəl və firavan həyat gözləyəcək... Amma reallıqda rus millətinə azca da olsa, bağlılığı olanların hamısı məğlubiyyət olacağı halda fəsadları ilə üzləşəcək.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə "Rossiya 1" telekanalının efirində rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib.

"Elə bilirsiniz qaçdınız Rusiyadan, canınız qurtardı? Yalvar-yaxar etdiniz, vətəninizə qarşı çıxdınız və siz xilas oldunuz? Olanlardan xəbəriniz var? Qərb rus mənsubiyyəti, rus kökü, rus dili ilə hər hansı bağlılığı olan insanlara vizaların uzadılmayacağını bəyan edib. Rusiya Qərb ilə müharibədə məğlub olsa, bizim hamımızı ən yaxşı halda köləlik gözləyir. Məni və mənim kimiləri isə konslager", - deyə o qeyd edib.