“Prius”lar Abbas Bağırovu da bezdirib


Şou-biznes 19 Sen 2022 19:24:00 115 0

“Prius”lar Abbas Bağırovu da bezdirib

Əməkdar artist Abbas Bağırov da son günlər sosial mediada trend halını alan "Toyota Prius"dan şikayət postlarına dəstək verib. O, bəzi taksi sürücülərinin yol hərəkəti qaydalarını ciddi şəkildə pozmasına münasibət bildirib.

Son.az olay-a istinadən xəbər verir ki, o, bununla bağlı fikirlərini instaqram izləyiciləri ilə bölüşüb.

Sənətçi Bakı-Sumqayıt yolundakı "Toyota Prius" markalı avtomobilin dəhşətli qəza xəbərini paylaşaraq bu sözləri qeyd edib:

"Bu "Prius" bəlası bitməyəcək. O vaxta qədər ki, bir çox modeldə olan taksi sürücülərinə qarşı ciddi tədbir görəcəklər. Biz xəbərlərdə gördüyümüzdür! Amma mənim başıma gələnləri də siz bilmirsiniz?! Mən tələsmirəm, sakit yolumu getmək istəsəm belə, bu taksilər harasa tələsir. Sərnişin və piyadaları təhlükə oduna amansızcasına atırlar".