Sabah Bakıda 37, rayonlarda 42 dərəcə isti olacaq


Digərləri 17 Avq 2022 12:24:00 91 0

Sabah Bakıda 37, rayonlarda 42 dərəcə isti olacaq

Avqustun 18-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz. Mülayim cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.