“Brent” neftinin qiyməti yenidən 93 dolları ötüb


Dünya 17 Avq 2022 09:37:00 117 0

“Brent” neftinin qiyməti yenidən 93 dolları ötüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,76% artaraq 1 barelə görə 93,04 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,87% artaraq 87,28 dollar təşkil edib.