Taxıl böhranı Azərbaycanı da "vurur"


Digərləri 17 Avq 2022 10:52:00 143 0

Taxıl böhranı Azərbaycanı da "vurur"

Son vaxtlar dünyanı narahat edən əsas məsələlərdən biri də ərzaq qıtlığıdır. Xüsusi ilə qlobal buğda böhranı vəziyyəti daha da çətinləşdirir. Eskpertlər deyirlər ki, Rusiyanın Ukraynaya başlatdığı müharibə buğdanın qıtlığına səbəb olmaqla yanaşı idxalla bağlı da problemlər də yaradır. Qıtlıq və daşınma xərclərinin artması isə dünya bazarında qiymətlərə təsirsiz ötüşmür.  

Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, ölkəmizdə də ərzaqlıq buğdaya olan tələbat idxal hesabına qarşılandığı üçün unun və çörəyin qiymətlərini nəzarətdə saxlamaq çətinləşir.    Dünyada baş verən proseslərlə əlaqədar qlobal buğda böhranı yaşanır. Qıtlığa səbəb olan əsas faktorlardan biri isə Rusiya ilə Ukrayna arasında gedən müharibədir. Çünki hər iki ölkə dünyada ciddi payı olan taxıl istehsalçılarıdır. Bunu açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.    Ekspert deyib ki, böhran ölkəmizə də təsirsiz ötüşmür. 

Onun sözlərinə görə Azərbaycan ərzaqlıq buğdaya olan tələbatın böyük hissəsini idxal hesabına qarşılayır. Bu isə qiymətlərin nəzarətdə saxlanmasında problemlər yaradır. 

2022-ci ilin yanvar-iyun aylarında 143 milyon ABŞ dolları dəyərində 401 min ton buğda idxal olunub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə idxal olunun buğdanın həcmi 0,5 faiz azalıb, dəyəri isə 40 faiz artıb.  

2022-ci ilin iyul ayında isə ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 696,53 manat təşkil edib. Bu il Azərbaycan Rusiya ilə yanaşı Qazaxısandan da buğda idxalı həyata keçirib. 

Eldəniz Əmirov vurğulayıb ki, təsirlərin minumuma endiriləməsi, çörəyin qiymətinin artmaması, buğdanın qiymətinin nəzarətdə saxlaması üçün lazımi tədbirlər görülür. 

Qeyd edək ki, ötən il Azərbaycan buğda idxalının 95 faizini Rusiyadan edib.