Zorlandıqdan sonra onuncu mərtəbədən atılan qız


Dünya 17 Avq 2022 09:22:00 112 0

Zorlandıqdan sonra onuncu mərtəbədən atılan qız

Qazaxıstanda Gənclər Evinin 16 yaşlı şagirdi zorlandıqdan sonra onuncu mərtəbənin pəncərəsindən özünü atıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, lakin yeniyetmə sağ qalıb. Zərərçəkən hazırda xəstəxanadadır.

Qızın yetim olduğu, 2009-cu ildən müxtəlif uşaq evlərində və sığınacaqlarda yaşadığı bildirilib.

Yeniyetməni bacısının sinif yoldaşı aldadaraq öz evinə aparıb və dostları ilə birlikdə zorlayıb.

Hazırda yeniyetmə reanimasiyadadır. Onun onurğası sınıb və daxili orqanları zədələnib. Qız dörd əməliyyat keçirib. Onu daha bir neçə əməliyyatın gözlədiyi qeyd olunub.