Türkiyədən S400 açıqlaması


Dünya 17 Avq 2022 08:30:00 165 0

Türkiyədən S400 açıqlaması

Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərinin alınması prosesində heç bir dəyişiklik baş verməyib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin məlumatında deyilir.

"Proses ilkin əldə olunmuş razılaşmalara uyğun olaraq davam etdirilir", - deyə nazirlikdən bildirilib.