Muhsin Yaqan məhv edilib


Dünya 17 Avq 2022 08:45:00 136 0

Muhsin Yaqan məhv edilib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın şimalında keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK terror təşkilatının liderlərindən biri, Dijvar Silopi ləqəbi ilə tanınan Muhsin Yaqan zərərsizləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, zərərsizləşdirilən terrorçu xüsusi əməliyyatın keçirildiyi Qamışlı rayonunda qruplaşmanın rəhbəri olub.

Təhlükəsizlik güclərindəki mənbələrin məlumatına görə, Yaqan Türkiyə ilə sərhəddə təhlükəsizlik qüvvələrinin üzvlərinə qarşı yönəlmiş bir sıra terror aktlarının planlaşdırılmasında və həyata keçirilməsində iştirak edib.

Türkiyə kəşfiyyatı yaraqlının Qamışlı ərazisində olduğunu müəyyən edib. Bundan sonra onun zərərsizləşdirilməsi üçün ərazidə xüsusi əməliyyatın keçirilməsi qərara alınıb.