Bayden bunun üçün 430 milyard dollar xərcləyəcək


Dünya 17 Avq 2022 08:52:00 117 0

Bayden bunun üçün 430 milyard dollar xərcləyəcək

ABŞ prezidenti Co Bayden ölkədə inflyasiyanın azaldılmasına yönəlmiş 430 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan və Konqres tərəfindən təsdiq edilmiş tədbirlər paketini imzalayıb.

Tədbir Ağ Evin saytında yayımlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, qanun layihəsi bir sıra tədbirləri, o cümlədən federal büdcə kəsirinin azaldılması, vətəndaşların səhiyyəyə xərclərinin azaldılması və iqlim dəyişikliyi ilə mübarizəni əhatə edir.

Bundan əlavə, iri korporasiyaların vergilərinin artırılması nəzərdə tutulur ki, bu da təklif olunan proqramlar üçün lazım olan vəsaiti qismən təmin etməlidir.

ABŞ hakimiyyəti bütün bu tədbirlərin gələcəkdə ölkədə inflyasiyanın azaldılmasına səbəb olacağını gözləyir.