Bakıda 5 yaşlı uşağı avtomobil vurub


Digərləri 17 Avq 2022 08:15:00 134 0

Bakıda 5 yaşlı uşağı avtomobil vurub

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2017-ci il təvəllüdlü Ağakişiyev Rəvan Ziya oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.