Bakıda avtomobil gənc oğlanı vuraraq öldürüb


Digərləri 17 Avq 2022 08:25:00 117 0

Bakıda avtomobil gənc oğlanı vuraraq öldürüb

Bakıda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Nəriman Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

20-25 yaşlı oğlan yolu keçərkən onu "Toyota" markalı avtomobil vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda arşdırma aparılır.