DİMdə TOEFL iBT imtahanı keçiriləcək


Digərləri 17 Avq 2022 07:55:00 159 0

DİMdə TOEFL iBT imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçiriləcək.

Son.az DİM-ə istinadən xəbər verir ki, ETS-in (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə binada olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.