Qadın nəvələrini xilas etmək istəyib, onlarla birlikdə yanıb


Dünya 17 Avq 2022 01:42:00 140 0

Qadın nəvələrini xilas etmək istəyib, onlarla birlikdə yanıb

Rusiyada Yaroslavl vilayətinin Nekrasovski rayonunun Mişnevo kəndində yaşlı qadın yanan hamamdan nəvələrini xilas etməyə tələsərək onlarla birlikdə diri-diri yanıb.

Son.az bildirir ki, bu barədə 76.ru mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hamamın çardaq döşəməsində 9 və 12 yaşlı uşaqlar yatıb. Ehtimal olunur ki, yanğın elektrik panelində başlayıb, onun səbəbi isə qısaqapanma olub. Yanğın zamanı uşaqların nənə və babaları küçədə olublar - yaşlı rus qadın yanğını görüb və nəvələrini xilas etməyə tələssə də, onlarla birlikdə yanaraq ölüb.

Uşaqlar Saratovdan nənələrinin yanına gəliblər. İstintaq Komitəsinin regional idarəsinin saytında bildirilir ki, hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi açıb. Hadisə yerinə müstəntiqlər və kriminoloqlar gəlib.

İrfan Vəliyev Son.az