Həyat yoldaşı əfsanəvi futbolçunu aldatdı:


Şou-biznes 17 Avq 2022 00:46:00 844 0

Həyat yoldaşı əfsanəvi futbolçunu aldatdı:

İtaliya futbolunun əfsanələrindən olan Françesko Totti və bir müddət əvvəl 20 illik evliliklərinə son qoymağa qərar verən həyat yoldaşı İlari Blasi haqqında "xəyanət" iddiası irəli sürülüb.

Son.az lent.az-a istinadən xəbər verir ki, italyan model İlari Blasi şəxsi məşqçisi Kriştiano İovino ilə 20 illik həyat yoldaşı və 3 uşağının atası Françesko Tottini aldadıb. İyulun 13-də verdiyi açıqlama ilə evliliklərini bitirdiklərini açıqlayan məşhur cütlük rəsmi olaraq boşanıb. İtaliya mətbuatı bu ayrılığın pərdəarxasının aldatma hekayəsi olduğunu yazıb.

"Roma"nın əfsanəsi Tottinin bir müddətdir şübhələndiyi həyat yoldaşının şəxsi məşqçisi Kriştiano İovino ilə telefonunda nalayiq mesajlar tapmasından sonra Blasidən boşandığı iddia edilib. Françesko Totti ilə İlari Blasi arasındakı evliliyi bitirən dönüş nöqtəsinin Kriştiano İovino olduğu bildirilir.

"Corriere della Sera"nın iddiasına görə; 45 yaşlı Françesko Totti ayın 15 gününü Milanda işləyən həyat yoldaşı, 41 yaşlı İlari Blasinin tez-tez Kriştiano İovino ilə vaxt keçirməsi narahat edib. Daha sonra mobil telefonunda tapdığı qarşılıqlı mesajlarla bu münasibətə son qoymaq qərarına gəlib.

İtaliyada bu xəyanət xəbəri gündəmdə olsa da, tərəflərdən mövzu ilə bağlı açıqlama verilməyib. Digər tərəfdən, "Roma" tərəfdarları sosial mediada "xəyanət" iddiası ilə Tottini əsəbləşdirən Kristiano Iovinoya təpki göstərib.