Yezidin oğlu nə üçün hökuməti qəbul etmədi


Digərləri 16 Avq 2022 23:55:00 154 0

Yezidin oğlu nə üçün hökuməti qəbul etmədi

Yezidin Müaviyə adında bir oğlu var idi. Yezid öldükdən sonra Əməvilər sülaləsinin rəhbərləri onu hakimiyyət başına gətirmək istədilər. Ancaq Müaviyə xilafəti qəbul etmədi və toplantıda çıxış edərək belə dedi:

- Camaat! Mənim sizə rəhbərlik etməyə meylim yoxdur və sizin narahatlığınıza görə mən əmin-amanlıq hiss etmirəm. Biz sizə, siz də bizim hakimiyyətimizə düçar olmusunuz.

Babam Müaviyə, İslamı ilk qəbul edənlərdən olan və xilafətə ən layiqli şəxs Əli ibn Əbi Talib ilə xilafət üstündə müharibəyə qalxdı və hansı çirkin əmələ mürtəkib olduğunu özü də yaxşı başa düşürdü.

Siz də bilirsiniz ki, onunla (babam Müaviyə) ilə birlikdə hansı çirkin əməllərə düçar olmusunuz. Nəhayət, o, öz əməllərinin cəzasını gördü və qəbrə getdi.

Sonra xilafət atam Yezidə yetişdi. Atam xilafəti qəbul etməməli idi. Çünki buna layiq deyildi. O da xoşagəlməz işlərə mürtəkib oldu və öz əməllərini yaxşı hesab etdi.

Onun hakimiyyət müddəti qısa oldu və çox tez bütün əsərləri məhv oldu, fəsadının şöləsi söndü. İndi onun əməllərinin çirkinliyi ölümünün qəmini bizə unutdurmuşdur.

İndi də mən, bu ailədən üçüncü şəxsəm. Mənim xəlifə olmağımı istəməyənlər, xəlifə olmağımı istəyənlərdən daha çoxdur. Mən heç vaxt sizin günah yükünüzü öz üzərimə götürmərəm. Necə istəyirsiniz elə də əməl edin və xilafəti də istədiyiniz adama verin.

Mərvan yerindən qalxıb dedi: - Belədirsə, onda Ömərin sünnəsi və yolu ilə əməl et.