İranda meymunçiçəyinə ilk yoluxma


Dünya 16 Avq 2022 21:24:00 113 0

İranda meymunçiçəyinə ilk yoluxma

İranın cənub-qərbində yerləşən Əhvaz vilayətində meymunçiçəyinə yoluxma faktı qeydə alınıb.

Bu haqda İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, virusun aşkarlandığı 34 yaşlı qadının dərisi üzərində zədələr müşahidə olunub. Qadın dərhal karantinə alınıb və son analizlər təsdiqləndikdən sonra hazırda ev şəraitində müalicə olunur.

İranın Səhiyyə Nazirliyi meymunçiçəyinin çox ölümcül olmadığını bildirib.