Mövsümi meyvətərəvəzlər neçəyə satılır?


Digərləri 16 Avq 2022 18:45:00 101 0

Mövsümi meyvətərəvəzlər neçəyə satılır?

Bazarlarda mövsümi meyvə-tərəvəz boldur. Amma buna baxmayaraq qiymətlər yüksəkdir.  

Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, "8-ci kilometr bazarı"nda lobya 1,3 -1,5 manata, badımcan isə 40-70 qəpiyə təklif olunur.

Tərəvəzlərə nisbətən meyvələrin qiyməti daha bahadır. Bazarda armud 1,5-1,8 manata təklif olunur.

Satıcılar bildirirlər ki, bazarda təklif olunan meyvə- tərəvəzlər əsasən yerli məhsullardır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: