İsgəndərovlar ailəsi Laçına qayıdışa hazırlaşırlar


Digərləri 16 Avq 2022 17:37:00 132 0

İsgəndərovlar ailəsi Laçına qayıdışa hazırlaşırlar

Laçın şəhərinin Zabux və Sus kəndlərinin sakinləri yaxın zamanda öz doğma yurdlarına qayıdacaqlar.

Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, doğma yurda geri qayıdışı səbirsizliklə gözləyənlərdən biri də İsgəndərovlar ailəsidir.

30 il öncə dogma kəndini, ana vətənini tərk etmək məcburiyyətində qalan Şahin İsgəndərov deyir ki, nəinki Zabuxda, Susda bütün Laçın ərazisində keçmişdən köklü şəkildə məskunlaşmış erməni olmayıb.

Sus kənd sakini Şahin İsgəndərov 18 yaşında çıxdığı torpaqlara geri qayıtmaq üçün gün sayır.

Zabux və Sus kəndinin sakinləri çox yaxın zamanda doğma yurdlarına geri qayıdacaq. Və biz "Xəzər Xəbər" olaraq növbəti süjetimizi onların öz evlərindən hazırlayacağıq.