Qadın soyunaraq “Allahu Əkbər!” dedi: Təyyarə təcili eniş etdi


Digərləri 16 Avq 2022 18:00:00 166 0

Qadın soyunaraq “Allahu Əkbər!” dedi: Təyyarə təcili eniş etdi

Kiprdən Böyük Britaniyaya uçan Jet2 təyyarəsində sərnişin uçuş zamanı üst geyimini soyunub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, qadın alt paltarında salonda qaçaraq "Allahu Əkbər!" qışqırıb və təyyarədə partlayıcı olduğunu bildirib.

O, pilot kabinəsinə girməyə çalışsa da, digər sərnişin onu yerə yıxaraq saxlayıb.

Hadisə ilə əlaqədar təyyarə Parisə təcili eniş etməli olub.

Qadın düşürüldükdən sonra təyyarə təyinat yerinə uçub.