“TikTok”da mətn əsasında şəkillər yaratmaq olar


Digərləri 16 Avq 2022 17:22:00 105 0

“TikTok”da mətn əsasında şəkillər yaratmaq olar

"TikTok" proqrama mətn əsasında şəkil yarada bilən süni intellekt aləti əlavə edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, yeni effekt "AI greenscreen" adlanır.

Ondan istifadə üçün istədiyiniz şəklin təsvirini mətn formasında yazmalı və proqramın onu yaratmasını gözləməlisiniz.

"TikTok" tərəfindən yaradılan şəkillər video fon kimi istifadə edilə bilər.