Aparıcı Leylanın Abbasla dueti hamını MƏƏTTƏL QOYDU


Şou-biznes 16 Avq 2022 16:52:00 133 0

Aparıcı Leylanın Abbasla dueti hamını MƏƏTTƏL QOYDU

Əməkda artist Abbas Bağırov və aparıcı Leyla Quliyeva duet oxuyub. 

Son.az bizim media-ya istinadən xəbər verir ki, ikili iştirak etdikləri toy məclislərin birində kulis arxasında bir araya gələrək neapolitan əsəri olan "O Sole Mio" (Mənim günəşim) səsləndiriblər.  Abbas sözügedən görüntüləri sosial şəbəkə hesabında paylaşaraq "Əziz dostum, peşəkar və zövqlü Leyla" şərhini yazıb.  Bağırovla Quliyevanın tandeminə və vokal istedadına məəttəl qalan izləyicilər onların duetlərinə təriflər yağdırıblar.