Hollivud ulduzları özlərindən kiçik xanımları ilə


Şou-biznes 16 Avq 2022 16:00:00 139 0

Hollivud ulduzları özlərindən kiçik xanımları ilə

İspaniyanın Marbelya şəhərində "Starlite Porcelanosa" qala konserti keçirilib. Tədbirə qatılan qonaqlar arasında Hollivud ulduzları Riçard Gir və Antonio Banderas da olublar. Onların hər ikisini gənc xanımları müşayiət ediblər. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, 73 yaşlı Gir konsertə 39 yaşlı Alexandro Silva ilə qatılıb. Cütlük 2018-ci ildən evlidir, 2019 və 2020-ci illərdə onların uşaqları olub.

Cütlük nadir hallarda belə tədbirlərdə iştirak edir. Alexandra Gir şəxsi bloqunda qeyd edib ki, onlar üçün evdə uşaqları ilə vaxt keçirmək sosial tədbirlərdə özlərini göstərməkdən daha önəmlidir.

62 yaşlı Banderası isə tədbirə 2014-cü ildən birlikdə olduğu 40 yaşlı Nikol Kempel müşayiət edib.

Cütlüklərin tədbirdə əyləncəli görünüşü sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Onlar Hollivud ulduzlarının yaşlarına baxmayaraq hələ də formada olduqlarını bildiriblər.