NATO maskasını atdı, dominantlıq iddiasındadır


Dünya 16 Avq 2022 16:07:00 124 0

NATO maskasını atdı, dominantlıq iddiasındadır

Şimali Atlantika Alyansı Afrika, Asiya-Sakit Okean regionu və Yaxın Şərq də daxil olmaqla qlobal dominantlıq iddiasındadır.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

"NATO maskasını çıxarıb atdı. Blokun aqressiv mahiyyəti artıq koalisiya fəaliyyətinin yalnız müdafiə yönümlü olması ilə bağlı mülahizələrin arxasında gizlənmir. Bu gün alyansın strateji planlaşdırma sənədlərində qlobal dominantlıq iddiaları var. NATO-nun maraq dairəsinə Afrika, Yaxın Şərq, Asiya-Sakit okean regionu daxildir", - Şoyqu bildirib.