Şahzadə Diananın qohumu “Dolce & Gabbana” eynəklərini reklam etdi


Şou-biznes 16 Avq 2022 16:15:00 111 0

Şahzadə Diananın qohumu “Dolce & Gabbana” eynəklərini reklam etdi

Şahzadə Diananın qardaşı qızı Kitti Spenser İtaliyanın "Dolce & Gabbana" brendinin reklam kampaniyasının qəhrəmanı olub. O, reklamda pank-rok obrazında yer alıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, reklam çarxı üçün Kitti Spenser 80-ci illərin dəbi olan bob saç düzümü, qırmızı dodaqlar, qalın qızıl zinət əşyaları və böyük ölçülü qara gün eynəklərində kamera qarşısına keçib. Pərəstişkarları yeni obrazın ona həqiqətən yaraşdığını qeyd ediblər.

Ledi Kitti bir neçə ildir ki, İtaliyanın "Dolce & Gabbana" moda evinin reklam kampaniyalarında iştirak edir.