Bu ölkə Rusiya ilə sərhədi möhkəmləndirmək istəyir


Dünya 15 Avq 2022 21:09:00 159 0

Bu ölkə Rusiya ilə sərhədi möhkəmləndirmək istəyir

"Finlandiya Rusiya ilə sərhədin möhkəmləndirilməsinə sərmayə yatırmağa davam etmək niyyətindədir".

Son.az "report"a istinadən xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Sanna Marin Şimali Avropa ölkələrinin Baş nazirlərinin Osloda keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz əmin olmalıyıq ki, Finlandiyanın gələcəkdə kifayət qədər hərbi potensialı olacaq və biz onu gücləndirmək üçün çalışırıq. Biz yeni qırıcılara çox böyük sərmayə qoymuşuq və gələcəkdə daha da böyük sərmayə qoymağa hazırıq. Çünki reallıq belədir ki, ölkənin aqressiv qonşusu var və biz sadəlövh ola bilmərik. Gələcəkdə mümkün təhlükələrə hazır olmalıyıq", - o deyib.

S.Marin vurğulayıb ki, Finlandiya bu məsələdə NATO ilə əməkdaşlıq edir: "Biz NATO daxilində bloklar yaratmayacağıq, lakin NATO ilə əməkdaşlıq edirik. Alyansla sıx əməkdaşlığımız var və gələcəkdə daha da sıx əməkdaşlığa hazırlaşırıq".