İrəvanda partlayışda


Dünya 15 Avq 2022 20:42:00 216 0

İrəvanda partlayışda

İrəvanın "Surmalu" ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan öz Facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, dağıntılar altından yenicə kişi meyiti çıxarılıb.

"Hazırda yeddi ölü var. Axtarış-xilasetmə işləri davam edir", - deyə bildirib.