Seuldan Pxenyana inanılmaz təklif: Nüvədən imtina etsə...


Dünya 15 Avq 2022 20:55:00 128 0

Seuldan Pxenyana inanılmaz təklif: Nüvədən imtina etsə...

Cənubi Koreya Prezidenti Yun Suk Yol Şimali Koreyanın nüvədən imtinayla bağlı qəti addımlar atacağı təqdirdə ölkəyə iqtisadi yardım etməyi təklif edib.

Son.az axar.az-a istinadən bildirir ki, Prezidentin sözlərinə görə, Koreya yarımadasında, Şimal-Şərqi Asiyada və dünyada davamlı sülh üçün Pxenyan administrasiyasının nüvəsizləşdirilməsi zəruridir:

"Şimali Koreya nüvə proqramını inkişafını dayandırsa, real və güclü nüvəsizləşdirmə prosesinə başlasa, mənim nəzərdə tutduğum cəsarətli təşəbbüs Şimali Koreyanı tədricən iqtisadiyyatını və xalqının rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq".