Qaraciyər serrozundan əziyyət çəkən Elvinin ƏMƏLİYYATDAN SONRA İLK GÖRÜNTÜLƏRİ


Digərləri 15 Avq 2022 14:07:00 133 0

Qaraciyər serrozundan əziyyət çəkən Elvinin ƏMƏLİYYATDAN SONRA İLK GÖRÜNTÜLƏRİ

Uzun müddətdir qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat olunub.

Son.az BAKU.WS-ə istinadən xəbər verir ki, Mərkəzi Gömrük Hospitalında əməliyyat olunan aktyorun yeni görüntüləri yayılıb.

Elvin hazırda vəziyyətinin yaxşı olduğunu və artıq evə buraxıldığını bidirib:

"Bildiyiniz kimi mən avqustun 3-ü Mərkəzi Gömrük Hospitalında qaraciyər əməliyyatı keçirdim. Əməliyyatımız çox uğurlu oldu. Artıq evə buraxılıram. Bundan sonrakı müalicəmi həkim nəzarəti altında evdə davam etdirəcəm. Müalicə müddəti minimum 6 ay davam edəcək".

Qeyd edək ki, Elvinin əməliyyatı üçün kifayət qədər pul yığılsa da, ona donor tapılmırdı. Daha sonra bacısı Gülnaz xanım qardaşına donor olub. Onun qaraciyərinin bir hissəsi Elvinə köçürülüb.