"Anam mənim üçün zibillikdən çanta götürüb"


Şou-biznes 15 Avq 2022 09:37:00 136 0

"Anam mənim üçün zibillikdən çanta götürüb"

"Sentyabrın 1-də məktəbə geyinməyə paltarım yox idi. Anam bir qohumumuzdan mənim üçün ayaqqabı istədi, amma o, vermədi. Qonşumuz nəvəsinin ayaqqabısını verdi, bacımın köynək və ətəyini geyindim".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Onun sirri" proqramında deyib. Müğənni yaşadığı çətin günləri xatırlayıb:

"Çantamın cəftəsi qırılmışdı. Kimsə anama dedi ki, zibillikdə bir çanta var. Onu Elza üçün götürəsən. Anam əvvəl razılaşmadı, sonra məcbur qalıb zibillikdəki çantanı götürüb düzəltdi".