İran nüvə duzsuzlaşdırma zavodu tikəcək


Dünya 15 Avq 2022 08:42:00 90 0

İran nüvə duzsuzlaşdırma zavodu tikəcək

Tehran dəniz suyunun duzsuzlaşdırılması zavodunun istismarı üçün Buşehrdə iki yeni atom enerji blokundan istifadə etməyi planlaşdırıb.

Son.az Trend-ə istinadən bildirir ki, Buşehr əyalətinin qubernatoru Əhməd Məhəmmədizad avqustun sonunda nüvə duzsuzlaşdırma zavodu layihəsinin faktiki icrasına başlandığını elan edib.

İranın Atom Enerjisi Təşkilatı tikintidə iştirak edəcək.

Artıq Buşehrdəki atom elektrik stansiyası saatda təxminən bir giqavatt elektrik enerjisi istehsal etmək gücündədir.