Anasından gizli filmə çəkildi, məşhur futbolçu ilə ailə qurdu, səssizküysüz dünyasını dəyişdi


Kriminal 14 Avq 2022 12:00:00 208 0

Anasından gizli filmə çəkildi, məşhur futbolçu ilə ailə qurdu, səssizküysüz dünyasını dəyişdi

Son.az Kulis.az-a istinadən "Qızmar günəş altında" filmində Gülpəri rolunun ifaçısı Sürəyya Qasımova haqqında maraqlı faktları təqdim edir.

Sürəyya Qasımova 1934-cü ilin sentyabrında Tiflisdə anadan olub.

***

Azərbaycan Xarici Dillər İnstitutunun alman dili fakültəsində təhsil alıb, institutu əla qiymətlərlə başa vurub.

***

Tiflisdə orta məktəbdə oxuduğu illərdə beş ilə yaxın Gürcüstan SSR-in gənclərdən ibarət yığma basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olub.

Azarkeşlər onu "tatar balası" deyə çağırırdılar.

***

Həm də gözəl səsə malik olan Sürəyya xalq mahnılarını və muğamları mahir ifa edirdi. 1956-1957-ci illərdə Bakıda keçirilən olimpiadada birinci yeri tutub. Məlahətli ifasını dinləyən Şövkət Ələkbərova onu "Balaca Şövkət" adlandırıb.

Sürəyya Qasımovanın kinoya gəlişi tamamilə təsadüf nəticəsində baş verib. İnstitutun III kursunda imtahandan əla qiymət alıb çıxanda özünü rəfiqələrinin üstünə ataraq əla qiymət aldığını bildirdi. Bunu görən bir qadın yaxınlaşıb soruşdu: "Qızım! Sən kinoya çəkilmək istəyirsənmi?" Sürəyyanın əvəzinə rəfiqələri bir ağızdan "Əlbəttə, əlbəttə, çəkilmək istəyir" - deyə cavab verdilər. Sürəyya da öz razılığını bildirdi.

Qadın Bakı kinostudiyasının rejissoru L.D.Berla idi. Səhəri gün Sürəyya filmin quruluşçu rejissoru Lətif Səfərovla görüşüb, çəkiliş haqqında söhbət etdi. Müəyyən çəkilişdən sonra Həsən Seyidbəyli debüt haqqında belə dedi: "Bu ki anadangəlmə Gülpəridir."

"Qızmar günəş altında" Sürəyyanın ilk filmi idi. 1957-ci ildə "Aygün" (Şəfiqə rolu), "Kölgələr sürünür" (Afət), "Yeni il gecəsi" və s. filmlərdə baş rollarda çəkilir.