BAEA rəhbəri Zaporojye AESi


Siyasət 11 Avq 2022 08:53:00 136 0

BAEA rəhbəri Zaporojye AESi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi Zaporojye AES-i ziyarət etmək istəyir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə BAEA-nın saytında yerləşdirilən məlumatda deyilir.

R.Qrossinin sözlərinə görə, o, öz planları barədə BMT Təhlükəsizlik Şurasına məlumat verəcək: "İndi həmişəkindən daha çox, Atom Elektrik Stansiyalarında BAEA-nın olması mümkün nüvə fəlakəti riskini azaltmağa kömək etmək üçün çox vacibdir".

R.Qrossi vurğulayıb ki, missiya üçün Moskva və Kiyevin əməkdaşlığı, anlayışı və yardımı, həmçinin BMT və Baş Katib Antonio Quterreşin dəstəyi tələb olunacaq.