Aİnin Azərbaycandakı səfiri “Qarabağ”ı


Siyasət 11 Avq 2022 08:03:00 112 0

Aİnin Azərbaycandakı səfiri “Qarabağ”ı

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko "Qarabağ" futbol klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Səfir bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Bir daha Azərbaycanın "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edirəm. Daha bir möhtəşəm futbol matçı!", - deyə P.Mixalko bildirib.

Xatırladaq ki, avqustun 9-da Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" Macarıstanın "Ferentsvaroş" klubunu 3:1 hesabı ilə məğlub edib. İki oyunun nəticəsinə əsasən (Bakıdakı ilk oyun 1:1 hesabı ilə başa çatıb) "Qarabağ" pley-off mərhələsinə yüksəlib.