Bayden məzuniyyətə


Dünya 11 Avq 2022 08:23:00 177 0

Bayden məzuniyyətə

ABŞ prezidenti Co Bayden bu gün Vaşinqtonu tərk edib və ailəsi ilə birlikdə ən azı bir həftə qalmağı planlaşdırdığı Cənubi Karolinaya yollanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Ağ Ev C.Baydenin məzuniyyət cədvəli, planları və ya Vaşinqtona qayıtma tarixi barədə ətraflı məlumat verməyib, lakin Federal Aviasiya Administrasiyasının məlumatına görə, ABŞ prezident və ailəsi çərşənbə axşamına qədər Kiava adasında qalmağı planlaşdırır.

Kiava özəl çimərlikləri və qolf kurortu ilə tanınır.

Xatırladaq ki, 2021-ci ildə C.Bayden Konqresin işi, koronavirusa yoluxma hallarının artması və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması səbəbindən tam məzuniyyətə çıxa bilməmişdi.