BMT nümayəndəsi: Ukrayna taxılını daşımağa maraq böyükdür


Dünya 10 Avq 2022 23:46:00 158 0

BMT nümayəndəsi: Ukrayna taxılını daşımağa maraq böyükdür

BMT gəmi sahiblərinin Ukrayna taxılını daşımağa böyük maraq göstərdiyini müşahidə edir.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki təmsilçisi Frederik Cey Kenni bildirib.

"Hesab edirəm ki, gəmi sahiblərinin daşımaları təmin etmək baxımından hazırlığı onların bu işə böyükl marağı olduğunu göstərir" - deyə diplomat qeyd edib.

Nümayəndə qeyd edib ki, hazırda İstanbuldakı mərkəz gəmilərin yoxlanma prosedurunun vaxtını azaltmaq üzərində işləyir: "Biz yoxlamaların dəqiqliyinə və tamlığına xələl gətirmədən onun vaxtını azaltmaq yolları barədə düşünürük".