Şahzadə 32 yaşlı tələbə ilə nişanlandı


Dünya 10 Avq 2022 16:07:00 244 0

Şahzadə 32 yaşlı tələbə ilə nişanlandı

40 yaşlı Bavariya şahzadəsi Lüdviq Haynrix Hollandiya-Kanada ailəsindən olan Oksford kriminologiyası tələbəsi 32 yaşlı Sofi-Aleksandra Evekinkə evlilik təklifi edib.

Son.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Qarşıdan gələn toy haqqında söz-söhbətlər Evekinkin adsız barmağında böyük zümrüd olan üzüyü görüldükdən sonra yayılmağa başlayıb. Daha sonra nişan Bavariya Kral Evinin ofisi tərəfindən rəsmi olaraq elan edilib.

Lüdviqin atası şahzadə Luitpoldun sözlərinə görə, o, cütlüyün tezliklə ailə həyatı quracağına ümid edir. "Lüdviq yaxşı seçim etdi. Gələcək gəlinim çox ağıllı və savadlı qadındır", - deyə o əlavə edib.

Şahzadə Lüdviqin Bavariyanın Berxtesgaden alman icmasında Evekinkə evlilik təklifi etdiyi güman edilir. Toy tarixi hələ təyin olunmayıb.

Bavariya şahzadəsi Lüdviq-Haynrix 14 iyun 1982-ci ildə Almaniyanın Bavariya federal əyalətində yerləşən Landsberg an der Lex şəhərində anadan olub. O, Şahzadə Luitpold Ruprext Heynrix və şahzadə Katrin Beatriks Vigandın beş uşağının üçüncüsüdür. Şahzadə Bavariyanın titullu kralıdır.

Bavariyadan olan Lüdviq siyasi elm və hüquq üzrə təhsil alıb və əmisi oğlu Bavariya hersoqu Franz Bonaventura Adalbert Maria tərəfindən Kral Evinin mülklərinin idarə edilməsi üzrə təlim keçib.

İrfan Vəliyev Son.az