Azərbaycanla Əlcəzair arasında iqtisadi sahədə böyük potensial var


Siyasət 10 Avq 2022 13:15:00 144 0

Azərbaycanla Əlcəzair arasında iqtisadi sahədə böyük potensial var

Azərbaycanla Əlcəzair beynəlxalq platformalarda yaxşı əlaqələrə malikdirlər. İqtisadi sahədə çox böyük potensial mövcuddur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər naziri Ramtane Lamamra ilə birgə brifinqdə deyib.

Nazir qeyd edib ki, Əlcəzair Azərbaycanın səfirlik təşəbbüslərinə yüksək səviyyədə dəstək verir.

İki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin çox önəmli olduğunu vurğulayan nazir Əlcəzair nümayəndə heyətinin Bakıda keçirilən Qoşulmama Hərəkatının parlament Şəbəkəsinin iclasında iştirakını ikitərəfli münasibətlərin inkişafına görə yüksək qiymətləndirib.