“Tank biatlonu”nun püşkatma mərasimi keçirilib


Digərləri 09 Avq 2022 12:46:00 118 0

“Tank biatlonu”nun püşkatma mərasimi keçirilib

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2022" yarışları çərçivəsində keçiriləcək "Tank biatlonu" müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 13-də yarışların birinci günündə çıxış edəcəklər.

Komandamız Monqolustandan olan tank heyəti ilə yarışacaq.