Əlcəzairin xarici işlər naziri Azərbaycana gəlir


Siyasət 09 Avq 2022 11:11:00 156 0

Əlcəzairin xarici işlər naziri Azərbaycana gəlir

Əlcəzair Xalq Demokratik xarici işlər və xaricdəki milli icma naziri, Prezidenti Zati-aliləri cənab Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra sabah Azərbaycana gəlir.

Bu barədə Son.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Əlcəzair XİN başçısı səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Görüşdən sonra tərəflər birgə brifinq keçirəcək.