Qarabağdakı qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb
Digərləri 09 Avq 2022 12:25:00 211 0
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb.
Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə Xankəndindəki qondarma rejimin tör-töküntüləri məlumat yayıb.
Hadisə avqustun 8-də qeydə alınıb. Qanunsuz erməni silahlı dəstəsinin üzvləri - Qurgen Danielyan və Artur Aruşanyan partlayıcı maddələrdən istifadə qaydalarının pozulması və təhlükəsizlik tədbirlərinə əməl edilməməsi nəticəsində xəsarət alıblar.
Son.az
Mənbə: milli.az