“Sinə vurmaqdansa, ehsan paylayın”


Şou-biznes 09 Avq 2022 10:15:00 169 0

“Sinə vurmaqdansa, ehsan paylayın”

"Məscidə gedən xanımlara, gəlinlərə baxıram. Fikirləşirəm ki, körpə uşaqları yanlarına salıb, gedib "şaxsey" deyib, sinə vurmaqdansa, bir halva bişirib, kasıb qapılarına ehsan kimi paylamaq Allaha daha xoş gedərdi".

Son.az olay-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zemfira Adıgözəlova instaqramda paylaşıb.

O, uşaqların məscidlərə aparılmağının koronavirusun yenidən yayıldığı bir dövrdə düzgün olmadığını bildirib:

"Xəstəliklərin yeni yayılan vaxtı uşaqları özünüzlə daşımaq nə məcburdu? Şəxsi fikrimdir".