Bayden İsveç və Finlandiyanı dəstəkləyən


Dünya 09 Avq 2022 08:43:00 126 0

Bayden İsveç və Finlandiyanı dəstəkləyən

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı, avqustun 9-da İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ liderinin avqustun 9-u üçün Ağ Ev tərəfindən yayılan qrafikində deyilir.

"Günün ikinci yarısında prezident çıxış edəcək və Finlandiya Respublikası və İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolların ratifikasiya sənədlərini imzalayacaq", - deyə qrafikdə bildirilir.

Mərasim Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.