Trampın mülkündə axtarış


Dünya 09 Avq 2022 07:55:00 195 0

Trampın mülkündə axtarış

ABŞ Federal Təhqiqat Bürosunun agentləri keçmiş prezident Donald Trampın Floridadakı Mar-a-Laqo mülkündə axtarış aparır.

Bu barədə D.Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib.

"Aidiyyatı dövlət qurumları ilə aparılan iş və əməkdaşlıq fonunda evimdə bu gözlənilməz axtarış lazımi və məqsədəuyğun deyildi", - deyə D.Tramp bildirib.

Keçmiş prezident baş verənləri onun 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını istəməyən radikal sol demokratların hücumu adlandırıb.