Koronavirusa yoluxanların sayı


Dünya 09 Avq 2022 07:25:00 177 0

Koronavirusa yoluxanların sayı

Dünyada koronavirusa yoluxanların sayı 580 milyonu keçib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, hazırkı dövrədək koronavirusa 581 686 197 nəfər yoluxub. Onlardan 6 410 961 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.