“Qurd”un xanımı: “Övladımla bərabər mən də yenidən doğuldum”


Şou-biznes 09 Avq 2022 04:31:00 141 0

“Qurd”un xanımı: “Övladımla bərabər mən də yenidən doğuldum”

"Hazırda adaptasiya dövrü məni sosial şəbəkədən uzaq salıb. Hamiləlikdə son günə qədər işlədiyim üçün indi övladıma sevgi verməkdən başqa heç nəyə halım yoxdur".

Son.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri "Qurd" ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminovun pianoçu həyat yoldaşı Leyla Namazzadə sosial şəbəkə hesabında paylaşıb.

Yenicə qız övladı dünyaya gətirən musiqiçi analıq hissini bu cür ifadə edib.

"Ailəm üçün darıxdığımı bu günlərdə daha çox hiss edirəm. Özümü sanki indi oyanmışam kimi hiss edirəm. Amma övladımla bərabər mən də yenidən doğuldum".

Qeyd edək ki, Fərid Eminovla evli olan Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.