Britaniyadan xəbərdarlıq:


Dünya 09 Avq 2022 01:31:00 239 0

Britaniyadan xəbərdarlıq:

Rusiya Donbasda piyada əleyhinə "kəpənək" minalarından istifadə edir. Onlara görə həm hərbçilər, həm də yerli mülki əhali xeyli itki verə bilər.

Son.az axar.az-a istinadən xəbər verir ki,bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya Donetsk və Kramatorskda PFM-1 və PFM-1S piyada əleyhinə minalardan istifadə etməyə cəhd edir. Çox güman ki, Rusiyanın istifadə etdiyi bu minalar sovet dövründən qalıb. Minalar həm yerli əhali, həm də humanitar minatəmizləmə əməliyyatları üçün təhlükə yaradır", - məlumatda deyilib.

Qeyd edək ki, PFM-1-lər Sovet-Əfqan müharibəsi zamanı dağıdıcı təsir üçün istifadə olunurdu. Bu minalar Əfqanıstanda "kəpənək"ləri oyuncaq kimi qəbul edən çoxlu sayda uşağı şikəst etmişdi.