Təyyarə sərt eniş edib, xəsarət alan var


Dünya 08 Avq 2022 23:52:00 148 0

Təyyarə sərt eniş edib, xəsarət alan var

Bolqarıstanda, ölkənin Qara dəniz sahilinin cənubunda yüngülmühərrikli təyyarə qəza enişi edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Burqas şəhərinin polis idarəsindən bildirilib.

"Yüngülmühərrikli təyyarənin göyərtəsində bir nəfər - Pleven şəhərindən olan 55 yaşlı təcrübəli pilot olub. Pilot mühərrikdən yağ sızması aşkar edib və təcili eniş etmək qərarına gəlib", - deyə polis idarəsindən bildirilib.

Məlumata əsasən, qəza enişi zamanı pilot xəsarət alıb və xəstəxanaya yerləşdirilib.