Bu ölkədə meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb


Dünya 08 Avq 2022 22:01:00 176 0

Bu ölkədə meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb

Moldovada meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib.

"Respublikada ilk meymunçiçəyinə yoluxma halı qeydə alınıb. İlk yoluxma halı ABŞ-dan ölkəmizə gələn xarici vətəndaşda təsdiqlənib", - deyə məlumatda bildirilir.