“Çox özümə qapandım, amma yaxşı ki, belə oldu” Akif İslamzadə


Şou-biznes 08 Avq 2022 22:35:00 203 0

“Çox özümə qapandım, amma yaxşı ki, belə oldu”  Akif İslamzadə

Bu gün böyük sənətkar, məlahətli səsi ilə qəlblərə yol tapmış Akif İslamzadənin doğum günüdür.

Son.az teleqraf.com-a istinadən bildirir ki, müğənni Zamiq Hüseynov sosial şəbəkədə sənətkarla fotolarını paylaşaraq onu təbrik edib.

"Sənətkar, doğum gününüz mübarək! Yaxşı ki, varsız. Bir sözü heç vaxt yadımdan çıxmayacaq. Dedi ki, səsim batanda çox narahat oldum, çox özümə qapandım, çox pis idim... Amma zaman keçdi, dedim, yaxşı ki, belə oldu!

Mən anladım və gülümsədim. O demək istədi ki, Allah hər insana öz işini zirvədə buraxmağı nəsib etsin!" - müğənni qeyd edib.

Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele-Radio Verilişləri Komitəsində Tofiq Əhmədovun rəhbərliyi ilə estrada-simfonik orkestrində işə başlayıb.

Hərbi xidmətdən sonra "Azərbaycan Dövlət Konsert" İstehsalat Birliyinin vokalisti olub.

Əsrarəngiz səsə malik Akif İslamzadənin yaradıcılığı xalq və bəstəkar mahnıları ilə zəngindir. İfa etdiyi hər musiqi əsəri dinləyicini qeyri-adi aləmə apararaq, sözlə musiqinin ahəngindən yaranan səhnənin iştirakçısına çevirir. Səsdə olan sevinc və kədər, nostalji və romantik hisslər, inam və ümid insana xoş duyğular və yeni ruh gətirir.